Rusiyadan neft alışını kəskin azaltmağa hazırlaşırlar: Neft də bahalaşır
Benchmark neft qiymətləri əvvəlki sessiyada 8%-dən çox sıçradıqdan sonra bugün səhər ticarətdə yüksəlir.
Londonun ICE Futures birjasında cümə günü saat 9:09-a olan Brent markalı neftin may fyuçerslərinin dəyəri bir barel üçün 108,93 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 2,29 dollar (2,15%) çoxdur.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində aprel ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 105,62 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 2,64 dollar (2,56%) çoxdur.
MarketWatch yazır ki, neft treyderləri Ukraynadakı vəziyyəti diqqətlə izləyir və Rusiyadan neft tədarükünü kəskin azaltmağa hazırlaşırlar.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, sanksiyalar və xaricdən neft alıcılarının imtinası fonunda Rusiya apreldə hasilatı sutkada 3 milyon barel azalda bilər. Agentliyin analitikləri qeyd ediblər ki, digər OPEC+ ölkələri arasında yalnız Səudiyyə Ərəbistanı və BƏƏ Rusiya Federasiyasından tədarükün azaldılmasını kompensasiya etmək üçün hasilatı sürətlə artırmaq imkanına malikdir.
Interactive Investor-un investisiya direktoru Viktoriya Skolar bildirib ki, BEA-nın proqnozu təchizat narahatlıqlarını artırıb və qiymətləri artırıb. "Ancaq Ukraynadakı müharibə eskalasiyanın kəskin əlamətlərini göstərsə, geosiyasi hadisələrin səbəb olduğu 140 dollar/barel civarında son həddə çatan qiymətlərin yaxın vaxtlarda təkrarlanması mümkün deyil", - o əlavə edib.