Azərbaycana kapitalın geridönüşü 54,5% artıb
2021-ci ildə Azərbaycandan kapitalın repatriasiyasının həcmi $6 milyard 907,9 milyon təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına əsasən, 2020-ci ildə Azərbaycandan $4 milyard 472,2 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, 2021-ci ildə Azərbaycandan kapitalın repatriasiyasının həcmi 54,5% artıb.
2021-ci ilin I rübündə Azərbaycandan kapitalın repatriasiyası $1 milyard 277,9 milyon, II rübdə $1 milyard 271,7 milyon, III rübdə $1 milyard 718,6 milyon, IV rübdə $2 milyard 639,7 milyon təşkil edib.
AMB qeyd edir ki, 2021-ci ildə qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər $0,3 milyard (2020-ci ildə $0,3 milyard), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər $0,3 milyard (2020-ci ildə $0,5 milyard), digər ödənişlər $0,2 milyard (2020-ci ildə $0,4 milyard) təşkil edib.
2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% artıb.