Avtomobil

“Lada” avtomobillərinin qiymətini artırıb

Rusiyanın “AvtoVAZ” şirkəti martın 16-dan “Lada” avtomobillərinin qiymətini artırıb.

ENA.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“AvtoVAZ” martın 16-dan “Lada” avtomobillərinin qiymətini təxminən 8 faizədək artırır.

Hazırda “Lada Granta” avtomobillərinin minimal qiyməti 728 min rubl, “Vesta” 1,122 milyon rubl, “Largus univerdsal” 1,236 milyon rubl, “Xray” 1,122 milyon rubl, “Niza Legend” 819 min rubl, “Niva Travel” 1,067 milyon rubl təşkil edir. Rusiya istehsalı olan avtomobillərin qiymətləri mart ayı ərzində artıq ikinci dəfədir bahalaşır.

“AvtoVAZ” martın 5-dən elektron komponentlərin çatışmazlığı üzündən istehsalı dayandırmışdı. Martın 16-dan Tolyatti zavodunda “Lada Granta” və “Lada Niva Legend” avtomobillərinin istehsalı bərpa edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)