Dövlət Agentliyi “Avromed”ə 50 milyon manatlıq sifariş verdi
![](https://ena.az/uploads/news/2022-03/_ena_f4d9211a977f1057de0e66540_o.jpg)
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Avromed Company” QSC ilə 2 müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, 1-ci müqavilədə “Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində” dərman vasitələrinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 12 080 269 manatdır.
2-ci müqavilədə isə “Şəkərli Diabet dövlət Proqramı” üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 38 075 408 manatdır.