Neft ucuzlaşır: bugünə olan qiymət
Bazar ertəsi neftin qiyməti düşür, treyderlər münaqişənin deeskalasiyası şanslarını qiymətləndirərək Ukrayna ətrafındakı vəziyyəti izləməyə davam edirlər.
Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:15-ə Brent markalı neftin may fyuçerslərinin dəyəri bir barel üçün 110,5 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 2,17 dollar (1,93%) aşağıdır.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda aprel ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 106,6 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 2,73 dollar (2,5%) aşağıdır.
Həftənin nəticəsi olaraq Brent 5%, WTI 6% ucuzlaşıb.