MALİYYƏ

Hərraclarda valyuta satışının artmasının səbəbi - AÇIQLANDI

Dövlət Neft Fondu 2018-ci ildə valyuta hərraclarında satılan dolların həcminin kəskin artmasına aydınlıq gətirib. Fondun açıqladığı göstəricilərə əsasən, 2018-ci ildə valyuta hərraclarında 6 milyard 460,4 milyon dollar satılıb. Bu, 2017-ci ilin analoji göstəricisi ilə  müqayisədə 80% artıqdır.

Neft Fondundan bildirilib ki,  2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi 10 milyard 966 milyon manat səviyyəsində təsdiq edilib ki, bu da 2017-ci ilin göstəricisinə (6 milyard 100,0  milyon manat) nisbətən 79,8% çoxdur. 

"Bununla əlaqədar ARDNF-nin manat ilə ifadə edilən büdcə öhdəliklərinin icrasını təmin etmək məqsədilə 2018-ci ildə Fond tərəfindən 2017-ci ilə nisbətən daha çox valyuta satışı həyata keçirilmişdir"-deyə Fonddan bildirilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)