Qarabağ

Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə ÇAĞIRILDI

Ermənistan hökuməti ehtiyatda olan hərbçilər üçün aprelin 15-dən iyunun 15-dək hərbi təlimlər keçirəcək.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin təklif etdiyi qərar cümə axşamı hökumətin iclasında təsdiq edilib.

Eləcə də bax: Azərbaycan “Laçın dəhlizi” ilə bağlı xarici dövlətlərə məktub göndərdi

Sənədə uyğun olaraq, təlim-məşq toplanışında ehtiyatda olan hərbçilər iştirak edəcək.

Tədbirin keçirilməsində məqsəd döyüş peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin sıralarının ehtiyatda olan hərbi qulluqçularla doldurulmasıdır.

Təlim zamanı ehtiyatda olan hərbçilər də döyüş növbətçiliyinə cəlb olunacaq, onların gücləndirilməsi üçün avtomobillərdən istifadə olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)