Sosial iqtisadiyyat

Mikayıl Cabbarov Böyük Britaniya Baş nazirinin elçisi ilə görüşüb

İqtisadiyyat Nazirliyində Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüş olub.

ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında məlumat verib.

Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında ticarət əlaqələri, qarşılıqlı investisiyalar, enerji transformasiyası və işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department