Mikayıl Cabbarov Qazaxıstan şirkətinin rəhbəri ilə görüşüb
![](https://ena.az/uploads/news/2022-03/_ena_ef5de6802f02fffa9889b69ac_o.jpg)
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev və həmkarları ilə görüşüb.
ENA.az xəbər verir ki, bu barədə nazir məlumat verib.
"Görüşdə ikitərəfli əməkdaşlıq perspektivlərini və iqtisadi əlaqələrimizin genişləndirilməsini müzakirə etdik", - deyə o qeyd edib.