Birja

"Brent" neftinin qiyməti 130 dolları keçib - SON QİYMƏT

Bugün səhər saatlarında ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynadakı hərbi münaqişə fonunda Rusiya Federasiyasından enerji resurslarının ölkəyə idxalına qadağa qoymasından sonra neft qiymətləri aktiv şəkildə yüksəlir.

“Bu gün mən bəyan edirəm ki, ABŞ Rusiya iqtisadiyyatının əsas sektorlarını hədəfə alır: biz Rusiya neftinin, qazının və enerjisinin bütün idxalına qadağa qoyuruq... Bu tədbir Konqresdə və ümid edirəm ki, bütün Amerika xalqının böyük ikitərəfli dəstəyini qazanıb", - Bayden jurnalistlərə danışarkən deyib.

Londonun ICE Futures birjasında çərşənbə günü saat 9:20-yə olan Brent markalı neftin may fyuçerslərinin dəyəri bir barel üçün 130,87 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 2,89 dollar (2,26%) çoxdur. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda aprel ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 126,06 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 2,36 dollar (1,91%) çoxdur. 

Lipow Oil Associates-in məlumatına görə, 2021-ci ildə ABŞ Rusiyadan gündə təxminən 672 min barel neft və neft məhsulları idxal edib ki, bu da ümumi həcmin təxminən 8%-ni təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department