PASHA Technology işçi axtarır - VAKANSİYA
Satış təmsilçisi
Son tarix 16 mar 2022
Əsas öhdəliklər:
- İlkin satış görüşlərində iştirak etmək və müştəri ilə danışıqlar aparmaq, məhsullar və xidmətlərlə bağlı müvafiq təqdimatlar həyata keçirmək;
- Müştərinin tələbinə uyğun olan məhsulları müəyyənləşdirmək və komanda ilə müzakirə etmək, lazım gəldikdə yeni məhsulun yaradılması üzərində çalışmaq;
- Müştərinin tələbinə uyğun olaraq IaaS, SaaS, Collacation xidmətlərini təyin və təmin etmək;
- Müştərinin texniki suallarını cavablandırmaq;
- Satış öncəsi və satış sonrası müvafiq xidmətləri həyata keçirmək; müvafiq məlumatları texniki komandaya və aidiyyatı üzrə departamentlərə daha sonra isə müştəriyə təqdim etmək;
- Şirkətin CRM sistemində bütün satış fəaliyyətlərini izləmək və mütəmadi olaraq hesabatları və müvafiq məlumatları yeniləmək;
- “Billing” və CRM sistemi üçün müvafiq proseslərin avtomatlaşdırmasında istirak etmək;
- Müştəri və potensial məhsullar haqqında müvafiq departamentləri məlumatlı saxlamaq, mütəmadi olaraq şirkətin təqdim etdiyi məhsul və xidmətlər üzrəində çalışmaq, yeniliklər tətbiq etmək, müvafiq satış analitikası apararaq məhsul və xidmətləri təkmilləşdirmək;
- Məhsul və xidmətlərin satış planını işləyib hazırlamaq;
- Cari və potensial müştərilərlə güclü, davamlı əlaqələr qurmaq;
- Satış səylərini optimallaşdırmaq üçün digər komanda üzvləri və şöbələr ilə əlaqəli çalışmaq;
- Müştəri sorğularını müvafiq satışa dəstək komandası ilə əlaqələndirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Texniki, Kompüter elmləri, İT mühəndislik istiqaməti üzrə ali təhsil;
- İT biliyi;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;
- Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq;
- Güclü satış bacarığı;
- Təşəbbüskar olmaq;
- Təqdimat bacarıqları;
- Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
- Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi.
Təcrübə:
- İT, “Cloud” xidmətləri, İT layihələrin idarəedilməsi istiqamətində təcrübə;
- İT məhsulları və İT xidmətləri satışı üzrə 3-5 il təcrübə;
- Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.
Son müraciət tarixi: 15 Mart 2022-ci il.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni talents@pasha-technology.com mail ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq