Gündəm

ABŞ 19 rusiyalı oliqarxı sanksiya siyahısına saldı

ABŞ 19 rusiyalı iş adamı və onlarla əlaqəsi olan 47 şəxsə, həmçinin, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.

ENA.az xəbər verir ki, müvafiq açıqlama Ağ Evin saytında yerləşdirilib.

Bildirilib ki, Nikolay Tokarev, Boris və Arkadi Rotenberq, Sergey Çemezov, İqor Şuvalov, Yevgeni Priqojin və Əlişir Usmanov məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

Həmçinin, ABŞ “19 rusiyalı oliqarx, onların 47 ailə üzvü və onlarla yaxından əlaqəli şəxslərə” qarşı viza məhdudiyyətləri tətbiq edib.

Bundan başqa, Rusiya və Ukraynadan olan yeddi rus təşkilatına və onlarla əlaqəli 26 şəxsə qarşı “dezinformasiya yaymaq” ittihamı ilə bağlı da sanksiyalar tətbiq edilib.

Məlumat üçün qeyd edək ki, ABŞ Əlişir Usmanovun yaxtasını və təyyarəsini sanksiyalar siyahısına əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)