Ukrayna Silahlı Qüvvələri Rusiya sərhədinə çatıb
Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıb.
ENA.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov feysbukda yazıb.
“Rusiya ilə müharibənin yeddinci günündə Ukrayna Silahlı Qüvvələrinin bölmələri 5-ci önbölmə dəstələrimizin sərhədçiləri ilə birgə Sum vilayətində Ukraynanın dövlət sərhəd xəttinə çıxıb”, - o bildirib.