Gündəm

Rusiyalı milyonçu Putini həbs edəcək zabitə 1 milyon vəd etdi

ABŞ-da yaşayan rusiyalı iş adamı Aleksandr Konanıxin Rusiya Prezidenti Vladimir Putinin başına pul mükafatı qoyub.

ENA.az xəbər verir ki, milyonçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Putini həbs edəcək zabitə 1 milyon dollar verəcəyini vəd edib.

“Mən öz konstitusion vəzifəsini yerinə yetirərək Putini Rusiya və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətkar kimi həbs edəcək zabitə 1 milyon ABŞ dolları ödəyəcəyimə söz verirəm. Putin Rusiya prezidenti deyil, Rusiyada çoxmənzilli binaları partlatmaq üçün xüsusi əməliyyat keçirib, daha sonra azad seçkiləri ləğv etməklə və rəqiblərini öldürməklə konstitusiyanı pozub. Mən Ukraynaya Putin ordusunun irəliləməsinə müqavimət göstərmək üçün kömək etməyə davam edəcəyəm”, - deyə iş adamı vurğulayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)