Gündəm

Türkiyə boğazları döyüş gəmiləri üçün bağladı

Türkiyə hərbi gəmilərin boğazlardan keçməsinə icazə verməyəcək.

ENA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Eləcə də bax: Sergey Şoyqu: "Rusiyanın nüvə qüvvələri hazır vəziyyətə gətirilib"

XİN rəhbəri vurğulayıb ki, bununla bağlı bütün sahilyanı və sahilyanı olmayan ölkələrə xəbərdarlıq edilib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlamasında Montrö Konvensiyasından söz açıb. O, Rusiya və Ukrayna arasında böhranın artmasının qarşısını almaq üçün Türkiyənin Montrö Konvensiyasının boğazlarda gəmilərin hərəkəti ilə bağlı verdiyi səlahiyyətlərdən istifadə etməkdə qərarlı olduğunu bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department