Gündəm

Consondan Putinin qərarına REAKSİYA

Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanıması beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulmasıdır.

ENA.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Eləcə də bax: Putinin xalqa müraciəti - VİDEO

"Donetsk və Luqansk "respublikalarının" tanınması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, bu, suverenlik və ərazi bütövlüyünün pozulması və Minsk razılaşmalarının rədd edilməsidir. Məncə, bu çox pis əlamətdir. Bu, şübhəsiz, daha bir siqnaldır ki, vəziyyət yanlış istiqamətdə inkişaf edir. Böyük Britaniya Ukrayna xalqını dəstəkləmək üçün əlindən gələni edəcək”, - deyə Conson bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department