Gündəm

Ukrayna ordusu Volnovaxa şəhərini geri aldı

Donetsk vilayətinin Volnovaxa şəhəri Ukrayna ordusunun nəzarətinə qaytarılıb.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç brifinqdə bildirib.

“Düşmən dünən Volnovaxanı işğal edib, səylərini əsas zərbənin endirilən yerində cəmləyib, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-həmləsi nəticəsində Volnovaxa geri alınıb. Qoşunlarımız indi oradadır. Mariupol tab gətirir, problem yoxdur”, - deyə o əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)