Gündəm

BP “Rosneft”dəki payından imtina edib

Böyük Britaniyanın BP neft şirkəti Rusiyanın “Rosneft” şirkətinin 19,75%-lik payından imtina etdiyini bildirib.

ENA.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hücumu göstərilir.

Qeyd edək ki, BP “Rosneft” şirkətində 19,75%-lik paya sahibdir. Bundan əlavə, BP-nin baş icraçı direktoru Bernard Luni “Rosneft” direktorlar şurasını dərhal tərk edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)