Xarkovda küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub
Ukraynanın Xarkov şəhərində küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.
Eləcə də bax: İlham Əliyevlə Putinin telefon danışığı oldu
Hazırda şəhərdə ağır döyüşlərin getdiyini deyən S.Adıgözəlli qeyd edib ki, ölən şəxs Azərbaycandan qonaq gəlib və küçədə atışma zamanı güllələnib.
S.Adığözəlli, həmçinin vurğulayıb ki, ötən gün Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.