Gündəm

Rusiya “Avroviziya”dan da kənarlaşdırıldı

Rusiya bu il “Avroviziya” mahnı müsabiqəsində iştirak edə bilməyəcək.

ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçıları bildiriblər.

Rusiya Avropa Şurasından çıxarıldı

Xatırladaq ki, fevralın 24-də Ukraynanın milli teleradio şirkəti hər il “Avroviziya” musiqi yarışmasını təşkil edən Avropa Yayım Birliyinə (EBU) müraciət edərək Rusiyanın müsabiqədə iştirakına qadağa qoyulmasını xahiş etmişdi.

Qeyd edək ki, bu il “Avroviziya” mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)