Gündəm

Türkiyə Təhlükəsizlik Şurası: "Rusiyanın hücumu region və dünya təhlükəsizliyi üçün təhdiddir"

Türkiyə Təhlükəsizlik Şurasının Ukrayna-Rusiya böhranı ilə əlaqədar müzakirə olunan məsələlər açıqlanıb.

ENA.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Ukrayna Türkiyədən Dardanel və Bosfor boğazını bağlamağı tələb etdi

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən iclasda Rusiyanın Ukraynaya qarşı hücumlarının beynəlxalq hüququ pozduğu və qəbuledilməz olduğu bildirilib.

Bundan başqa, toplantıda Türkiyənin Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Qeyd olunub ki, Rusiyanın bu hücumu region və dünya təhlükəsizliyi üçün təhdiddir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)