Ukrayna Türkiyədən Dardanel və Bosfor boğazını bağlamağı tələb etdi
Ukraynan Türkiyədən Çanaqqala (Dardanel) və Bosfor boğazlarının bağlanmasını tələb edib, “RİA Novosti” xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri bildirib.
“İndi Ukraynaya dəstəyin verilməsi vacibdir. Ona görə də, Türkiyə rəhbərliyinə müraciət edirəm, xahiş edirəm, Ukraynaya kömək edin. Biz Çanaqqala (Dardanel) və Bosfor boğazlarının bağlanmasını tələb edirik. Rusiya tərəfində qarşı sanksiyaların tətbiq olunmasını istəyirik. Müdafiə silahlarının təmin edilməsi ilə bizə veriləcək dəstək də önəmlidir”, – deyə mesajda bildirilir.