Sosial iqtisadiyyat

Dövlət Xidməti “Bolt”un haqsız rəqabətinə görə iş qaldırır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən məşhur şirkəti "Bolt"un Azərbaycandakı törəməsi "Bolt Services AZ” MMC haqqında iş qaldırıb.

ENA.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, iş "“Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında, “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb.

İşə fevralın 24-də baxılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department