KOBİA-ya mətbuat katibi təyin olunub
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mətbuat katibi vəzifəsinə təyinat olub.
“BI”nin əldə etdiyi məlumata görə, bu vəzifə Vüsalə Quliyevaya həvalə edilib.
Qeyd edək ki, V.Quliyeva buna qədər 11 il ərzində İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.