Azərbaycanda sığorta ödənişlərinin 68%-i - 5 ŞİRKƏTİN PAYINA DÜŞÜR
Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 16,623 milyon manat sığorta ödənişinin 11,227 milyon manatı və yaxud 67,55%-i 5 sığorta şirkətinin payına düşüb.
ENA.az Renkinq-ə istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (4,385 milyon manat) və “PAŞA Sığorta” (3,101 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 1,996 milyon manat), eləcə də "Xalq Sığorta" (1,745 milyon manat) və “A-Qrup Sığorta” (905 min manat) ASC-lərdir.
Ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (0 manat), “İpək Yolu Sığorta” (1 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (34 min manat) və “Naxçıvan Sığorta” (35 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 70 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 5,326 milyon manat (32,05%) təşkil edib.