Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır
![](https://ena.az/uploads/news/2022-02/_ena_10138921767e18611058ca44c_o.jpg)
Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.
ENA.az bu barədə Pakistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.