Etiraz etdikləri məmurların adını maşınlara yazdılar - Video
Xəbər verdiyimiz kimi, Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.
ENA.az xəbər verir ki, sürücülər gecədən etibarən maşınlarını yolda saxlayıblar. Onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər.
Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin.
Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”
Xatırladaq ki, səhər saatlarından bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb, bir neçə saat sonra yolu açmaq mümkün olub.