Bank

3 bankın ötənilki qeyri-faiz gəlirləri 100 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün ötənilki qeyri-faiz gəlirləri 100 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (300 milyon 837 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (168 milyon 149 min manat) və “PAŞA Bank” (127 milyon 681 min manat) ASC-lərdir.

Qalan 23 bankdan 10-da qeyri-faiz gəlirləri 10-10 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır. 

6 bankın qeyri-faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın ötənilki qeyri-faiz gəlirləri əvvəlki illə müqayisədə az olub.

Bunlar “Naxçıvan Bank”, “Yelo Bank”, “Bank Respublika” və “Xalq Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (91,7%), ən az azalma isə “Naxçıvan Bank”da (1,3%) qeydə alınıb.

Qalan 20 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (2,1 dəfə), ən aşağı dinamika isə “Express Bank” ASC-də (4,1%) qeydə alınıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)