Sosial iqtisadiyyat

Nazir: "Azərbaycanda sosial müavinətlər elektron qaydada təyin olunacaq"

"Sosial müavinətlərin elektronlaşdırılması istiqamətində iş aparılır".

"BI" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, 2019-cu il ərzində bu sahədə elektronlaşdırmanı yekunlaşdırmağı nəzərdə tuturlar: "Məqsədimiz elektron sosial müavinət təyinatına keçməkdir. Burada ən vacib məqam bu günə sosial müavinət alan 500 min şəxsin, eyni zamanda ildə orta hesabla sosial müavinət sisteminə gedəcək 10-15 min şəxsin məlumatlarının inventarlaşdırılmasıdır. Düşünürük ki, cari il ərzində bunu başa çatdıracağıq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)