Təhsil Nazirliyi: "Bu il müəllimlərin sertifikasiyası keçiriləcək"
Təhsil Nazirliyi bu il müəllimlərin sertifikasiya imtahanlarının keçiriləcəyini açıqlayıb.
ENA.az xəbər verir ki, bu barədə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklərlə bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
O qeyd edib ki, sertifikasiya imtahanının müəllimlərin işə qəbulu müsabiqəsindən sonrakı mərhələdə keçirilməsi nəzərdə tutulur. Nazirlik rəsmisi əlavə edib ki, hazırda bunun hansı kontingent üçün keçirilməsi barədə qərar verilməyib:
“Hər bir halda bu prosesin başlanması barədə qəfil və anidən qərarlar verilməyəcək. Əgər imtahanın keçirilməsi barədə yekun qərar olacaqsa, bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”.