Sosial iqtisadiyyat

Rövnəq Abdullayev kollektivə təqdim olundu

İqtisadiyyat naziri Mikayıl Cabbarov birinci müavini Elnur Əliyev və müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.

Qeyd edək ki, fevralın 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin olunub. Dövlət başçısı, həmçinin Rövnəq Abdullayevi SOCAR prezidenti vəzifəsindən azad edib, iqtisadiyyat nazirinin müavini təyin edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)