Monteneqroda Azərbaycan kurort şirkətinin kapitalı 52 milyon avro artırılıb
"Azerbaijan Global Investments" MMC şirkəti 2018-ci ilin dekabrında Monteneqroda 2012-ci ildə təsis edilən kurort şirkətinin (Azmont İnvestments) kapitalına 52 milyon avro ayırıb.
Monteneqronun Biznes Reyestrinə əsasən, "Azmont İnvestments" MMC-nin nizamnamə kapitalı bu gün 327 milyon 337,5 min avro təşkil edir. Bu, milli valyuta ilə 635 milyon manatdır.
Xəbər verdiyimiz kimi, “Azmont Investments” şirkəti tərəfindən ərsəyə gətirilən, Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində Monteneqroda yerləşən, "Portonovi" kurortunun 2019-cu ildə ilk mərhələsinin açılışının baş tutacağını elan edib. "Portonovi" 50-dən artıq lüks villa və 200-dən çox mənzili ilə 26 hektar ərazini əhatə edir.