Azərbaycanda zavod yerli “Tekila” istehsal etmək istəyir
Azərbaycanda alkoqollu içkilər istehsalı ilə məşğul olan zavod növbəti illərdə məşhur Meksika içkisi “Tequila” (Tekila) istehsal etməyi planlayır.
ENA.az xəbər verir ki. Banker.az-a bu barədə “Mərəndi Şərab Zavodu”nun (Mərəndi MMC) 57 yaşlı direktoru Vüqar Mikayılov bildirib.
“Mərəndi Şərab Zavodu bu il 1 hektar sahəyə aqava əkəcək və kötüyündən “Tekila” içkisi hazırlamaq istəyir”.
Tekilanın vətəni Meksika olan tünd alkoqollu içkidir. İlk dəfə tekila Azteklər tərəfindən hazırlanmışdır. Dünyada bu içkinin 3 növü vardır: Blanco, Repasado və Anejo.
2016-cı ildə yaradılan “Mərəndi Şərab Zavodu” hazırda şərab və müxtəlif növ araqlar istehsal edir.