Azərbaycanda istehlak kreditləri bahalaşıb, ancaq yenə də borcalanlar çoxdur
2021-ci ildə Azərbaycanda milli valyutada kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə faiz dərəcələri 1 faiz bəndi – 25%-dək artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, eyni zamanda, 2021-ci ildə kredit kartları vasitəsilə verilən kreditləri üzrə orta faiz dərəcələri bir il əvvələ olan 3%-ə qarşı 7% təşkil edib.
Ötən il istehlak kreditlərinin digər növləri üzrə də dərəcələrin artması müşahidə olunub. Xüsusilə, məişət texnikasının alınması üçün verilən istehlak kreditlərinin orta faiz dərəcələri 21% (2020-ci ildə - 19%) olub. Yaşayış sahələrinin tikintisi üçün verilən kreditlər üzrə orta faiz dərəcəsi isə azalaraq 21% (24%), avtomobil kreditləri üzrə faizlər azalaraq – 17% (19%) təşkil edib.
2021-ci ildə digər digər növ istehlak kreditləri üzrə orta faiz dərəcəsi milli valyutada 21% (2020-ci ildə - 23%), xarici valyutada – 4% (2020-ci ildə - 5%) təşkil edib.