Avtomobil

“Daimler” şirkəti “Mercedes-Benz”ə çevrilir

“Daimler AG” avtomobil istehsalı şirkəti bundan sonra “Mercedes-Benz Group AG” adlandırılacaq.

ENA.az xəbər verir ki, bundan əvvəl qrupun təşkilati-inzibati strukturunda dəyişiklik edilib. Ötən il dekabrın əvvəlində “Daimler” iki müstəqil şirkətə bölünüb. Minik avtomobilləri və furqonlar o vaxtdan “Mercedes-Benz”, yük maşınları və avtobuslar isə “Daimler Truck” adlandırılır.

Məsələ orasındadır ki, yük və minik maşınlarının istehsalı iki tamamilə fərqli biznesi təmsil edir. Bununla belə, məhsulun satış bazarında cəlbediciliyini qoruyub saxlamaq üçün “Mercedes”in məşhur ulduz brendindən istifadə olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)