Gündəm

"Azərişıq" tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir - VİDEO

“Azərişıq” ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir. NFC sayğaclara abonent mobil telefon ilə ödəniş edə bilər. Bununla da vətəndaş üçün ödəniş proseduru daha da rahat və asanlaşmış olur.

“Azərişıq”dan verilən məlumata görə, istifadə üçün telefona “Azərişıq” mobil tətbiqi endirilməlidir. Bu tətbiqdən istifadə etməklə balans artırılır, daha sonra yüklənəcək məbləğ qeyd olunur və telefonu sayğaca yaxınlaşdıraraq ödəniş edilir.

Bu yenilik sayəsində abonent elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək.

NFC sayğacların digər müsbət tərəflərindən biri də odur ki, artıq “Azərişıq” ASC əməkdaşı tərəfindən ünvanda sayğacın aylıq oxunmasına da ehtiyac qalmır. Bu da abonentlə nəzarətçi arasında fiziki təması aradan qaldırır və şəffaflığı tam təmin edir.

Müasir texnologiyalardan istifadə, innovativ yeniliklərin tətbiqi “Azərişıq” ASC-nin əsas hədəfləri sırasındadır. NFC sayğacların istismara verilməsi də bu istiqamətdə atılan addımlardan biridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department