Bank

“Western Union” Rusiyada daxili köçürmələri dayandırır

“Western Union” aprelin 1-dən Rusiya daxilində əməliyyatları dayandıracaq. Şirkət yalnız transsərhəd köçürmələri həyata keçirəcək.

ENA.az xəbər verir ki, qərar daxili əməliyyatlara tələbatın az olması səbəbindən qəbul edilib.

“Şirkət diqqətini ənənəvi olaraq tələb olunan beynəlxalq pul köçürmələri xidmətinin inkişafına yönəldir və bütün normativ tələblərə uyğun olaraq müştəriləri üçün xaricə köçürmələr həyata keçirməyə imkan verən çoxkanallı platformanı inkişaf etdirməyə davam edir”, – deyə mesajda bildirilir.

Martın 24-dən etibarən “Western Union”da daxili köçürmə limiti 5000 rubla endiriləcək. Rusiya daxilində köçürmələr martın 31-dən bloklanacaq. Aprelin 1-dən etibarən ödəniş almaq və ya geri qaytarmaq mümkün olmayacaq. Artıq göndərilən, lakin alıcı tərəfindən hələ təhvil götürülməyən pullar “Rusiya poçtu” vasitəsilə geri qaytarılacaq.

2021-ci ilin 11 ayı ərzində fiziki şəxslər Rusiyadan pul köçürmə sistemləri vasitəsilə 7,8 milyard dollar göndəriblər, statistikada “Western Union”, “Golden Crown”, “Unistream”, “Contact” və “Rusiya poçtu” nəzərə alınır.

“Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemləri tənzimləyicinin proteksionizmi, sürətli ödəniş sisteminin inkişafı və ödəniş bazarına yeni oyunçuların daxil olması səbəbindən Rusiyada paylarının azalmasından qorxur. Mütəxəssislər bu cür qorxuları haqlı hesab edirlər – beynəlxalq ödəniş sistemləri Rusiyada əhəmiyyətli bazar payını itirə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)