Neft yenidən bahalaşmağa davam edir - 4 fevrala olan qiymətlər
WTI kotirovkaları 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə bir barel üçün 90 dolları qıraraq, bugün yenə artmağa davam etdi.
Londonun ICE Futures birjasında cümə günü saat 9:12-ə olan Brent markalı neftin aprel fyuçerslərinin dəyəri bir barel üçün 91,56 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,45 dollar (0,49%) çoxdur.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 90,92 dollar təşkil edir ki, bu da cümə axşamı sessiyasının yekun dəyərindən 0,65 dollar (0,72%) çoxdur.
Neft bazarı tələbin aktiv bərpası fonunda qeyri-kafi təklif qorxusu ilə dəstəklənməyə davam edir. Təchizat üçün risk faktorları Şərqi Avropa və Yaxın Şərqdə geosiyasi gərginliklər, həmçinin bir çox OPEC+ ölkələrinin hasilatı razılaşdırılmış səviyyəyə qədər artıra bilməməsidir.
Bu arada ABŞ-da evlərin və iş yerlərinin qızdırılması üçün yanacağa tələbat artdığından ABŞ-da güclü qar yağması da neft qiymətlərini dəstəkləyir.
Price Futures Group-un baş analitiki Phil Flynn, "ABŞ enerji şirkətlərinin tələbatı ödəmək üçün hasilatı artıra bilməyəcəyi ilə bağlı ciddi narahatlıq var" deyib.