Ötən il AZAL-ın ixracdan gəliri azalıb
2021-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) QSC 8.2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.4 milyon ABŞ dolları və yaxud 5% azdır.
Xatırladaq ki, 2020-ci ildə AZAL 8.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.