İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA
Çağrı mərkəzi xidməti mütəxəssisi
Son tarix 02 mar 2022
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;
- Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
- Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
- Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
- Müraciət vərəqinin hazırlanması;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali tibbi sahə üzrə təhsil;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- MC Office (Excel,Word) proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür;
- Dinləmək bacarığı;
- İntizamlılıq və tez öyrənmə bacarığı;
- Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
- Stressə qarşı davamlılıq.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 02.03.2022-ci il;
- CV-lər qeyd olunan cv@its.gov.az e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.