Avtomobil

Ford-larda təhlükə var - 1 milyona yaxın avtomobili geri çağırır

ABŞ-ın avtomobil nəhəngi Ford, hava yastıqlarının partlamasına və ətrafa parçaların yayılmasına səbəb ola biləcək bir qüsuru düzəltmək üçün dünya miqyasında 953 mindən çox avtomobilini geri çağırır.

"BI" xəbər verir ki, bu avtomobillərin 782 mini ABŞ bazarında, qalanı dünyanın digər bölgələrində satılıb.  

Geriçağırma 2010 Ford Edge və Lincoln MKX, 2010 və 2011 Ford Ranger, 2010 - 2012 arası Ford Fusion və Lincoln MKZ, 2010 və 2011 Mercury Milan ilə 2010 - 2014 arası Ford Mustang modellərini əhatə edir.

Ford tərəfindən verilən açıqlamada qüsur səbəbilə bir qazanın onlara bildirilmədiyi qeyd edilib.

Dünyada hava yastıqlarındakı bu problem səbəbilə baş vermiş müxtəlif qəzalarda bu günə qədər 23 nəfərin öldüyü bildirilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)