BP Azərbaycanda sahibsiz olan hər itin öldürülməsinə 460 AZN verir
Britaniyanın Azərbaycandakı neft şirkəti sahibsiz itlərin öldürülməsi üçün podratçı şirkətə pul ödəyib.
Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) hesabatında bildirilir.
“İnvoyslar göstərir ki, şirkət [BP Azərbaycan] “Bos Shelf” şirkəti ilə müqavilə imzalayaraq, tikinti yaxınlığında sahibsiz itlərin hər birinin öldürülməsi üçün 460 manat ($270) ödəniş edib”.
OCCRP əlavə edir ki, bu da həmin dövrdə zavodda çalışan bəzi işçilərin aylıq əməkhaqqına bərabər idi.