Azərbaycan siqaret ixracına başladı
Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC ilk məhsul ixracını həyata keçirib. Belə ki, müəssisədə istehsal olunan “PallMall” brendli siqaretlərin Gürcüstana ixracına başlanılıb.
ENA.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, “Tabaterra” QSC 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və müəssisədə Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən üç növdə 80 fərqli çeşiddə tütün məmulatları istehsal edilir. Müəssisənin illik istehsal gücü 14 milyard ədəd siqaret təşkil edir.