MALİYYƏ

Valyuta hərracı keçirildi - NƏTİCƏ

01 fevral 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda tələb 50.8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da 21 oktyabr 2021-ci il tarixdə (50.6 mln. dollar) bu tərəfə maksimumdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department