Sosial iqtisadiyyat

Uçuş günü Azal reysi ləğv etdi: Səbəbi məlum deyil

Yanvarın 5-də həyata keçirilməli olan Bağdad-Bakı-Bağdad aviareysi ləğv olunub.

BI xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda “Al Naser Wings Airlines” aviaşirkətinin yerli vaxtla saat 18:00-da “NG 231” saylı Bağdaddan Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətin yerli vaxtla saat 19:00-da Bakıdan Bağdada olan “NG 232” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.

Bağdad-Bakı-Bağdad aviareysinin hansı səbəbdən təxirə salındığı barədə məlumat verilməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)