Gündəm

Tbilisidən Moskvaya birbaşa reys təyin olunub

“Gürcüstan Hava Yolları” aviaşirkəti yanvarın 28-də Tbilisi-Moskva-Tbilisi istiqaməti üzrə aviareys təyin edib.

Bu barədə şirkət feysbuk səhifəsində məlumat yayıb.

Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze yerli mətbuata açıqlamasında deyib ki, ölkələr arasında aviareyslər rəsmi olaraq bərpa edilməyib. O, Tbilisi-Moskva-Tbilisi reysinin təyin olunmasının səbəbini bilmədiyini deyib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyulundan dayandırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)