Qarabağ

Füzulidə salınan “Ağıllı kənd”də neçə ailənin yerləşəcəyi məlum oldu

Milli Məclisin deputatı Vüqar Bayramlı Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”də neçə ailənin məskunlaşacağını və hansı üstünlüklərə malik olacağını açıqlayıb.

Deputat bildirdiyinə görə, Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub:

“Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar inşa ediləcək”.

Kənd sakinlərinin məşğulluğu necə təmin olunacaq?

Vüqar Bayramov hesab edir ki, kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub:

“Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq. Eyni zamanda Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq. Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Bütün bunlar ilə yanaşı, kəndin ətrafında “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərinin kənd təsərrüfatı ilə məşğul olması üçün də imkan yaradılacaq”.

Enerji təminatı hansı mənbələr hesabına ödəniləcək?

Deputat enerji təminatının isə yaşıl və alternativ mənbələr hesabına ödəniləcəyini deyib:

“Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq.

Kəndin salınmasına nə zaman başlanılacaq?Artıq hazırlıq işləri aparılır. Kəndin layihəsi təsdiq olunub. Qısa zamanda inşaat işləri intensivləşəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department