Azərbaycanda daha bir şirkət valyuta mübadiləsi fəaliyyətinə lisenziya alıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Delta Capital" MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Bununla da, ölkədə bu növ lisenziyası olan şirkətlərin sayı "Eliko" MMC ilə birlikdə 2-yə çatıb.
Xatırladaq ki, "Delta Capital" ötən ilin martında 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 123, mənzil 27 olsa da, Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 13 ünvanında fəaliyyət göstərir. Onun qanuni təmsilçisi Ceyhun Vaqif oğlu Hacılıdır.