Qarabağ

Qarabağa səfərlərlə bağlı sayt yaradıldı

İşğaldan azad edilmiş ərazilərə səfər etmək istəyənlər üçün yeni sayt fəaliyyətə başlayır.

Dövlət Turizm Agentliyindən ena.az-a verilən məlumata görə, agentliyin təşəbbüsü ilə hazırlanan sayt “yolumuzqarabaga.az” formasındadır.

Qurumdan bildirilib ki, Qarabağa müntəzəm səfərlərlə bağlı vətəndaşlara kömək üçün nəzərdə tutulan elektron xidmət bu gündən etibarən istifadəyə veriləcək.

Xatırladaq ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir. Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)