Birja

Brent 2014-cü ilin oktyabrından bəri ən yüksək qiymətlə satılır

Çərşənbə axşamı neft qiymətləri geosiyasi gərginliyin artması fonunda bahalaşıb, Brent markalı neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ən yüksək göstərici olan 87 dollar/bareldən yuxarıdır.

Bu ərəfədə Birləşmiş Ərəb Əmirliklərinin ərazisində pilotsuz təyyarələrin vurulması, nəticədə 3 nəfərin öldüyü məlum olub. BƏƏ səlahiyyətliləri bu hadisədə yəmən huti üsyançılarını günahlandırıb.

Hücum Abu Dabidə üç neft çəninə ziyan vuran partlayışla nəticələnib. Bundan əlavə, yanğın Əbu-Dabidəki beynəlxalq hava limanının ərazisində qapalı yerlərdə başlayıb.

Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:15-ə Brent markalı neftin mart fyuçerslərinin dəyəri bir barel üçün 87,3 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,82 dollar (0,95%) çoxdur. Bazar ertəsi ticarət nəticəsində bu müqavilələr 0,4 dollar (0,46%) artaraq 86,48 dollar/barelə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)